Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı  Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Daha sonra Alper Gezeravcı universitetin ərazisini gəzib. Həmçinin “Mühendis Geliştirme Proqramı” (MGP) emalatxanası ilə tanış olub. Qeyd olunub ki, MGP emalatxanası Türk Aviasiya ve Kosmik Sənayesi Şirkəti (TUSAŞ) ilə AzTU-nun əməkdaşlığı çərçivəsində qurulub. Emalatxanada Alper Gezeravcıya AzTU və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatı (PUA) haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "AzTU-Turkish Aerospace, MGP 2023.1" yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib. PUA düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formaların (beretlər) rənglərinə görə fərqləndirmək funksiyasına malikdir. PUA 50 metr hündürlükdə uçuş vasitəsilə öz missiyasını həyata keçirə bilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Uçuş zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar təhlil olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR