Vilnius Gediminas Texniki Universitetinin nümayəndə heyəti BMU-da olub

Ölkəmizdə səfərdə olan Litva Respublikasının Vilnius Gediminas Texniki Universitetinin (VILNIUS TECH)  nümayəndə heyəti ilə Bakı Mühəndislik Universitetində (BMU) görüş keçirilib.

Qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən BMU-nun rektoru Yaqub Piriyev çıxışında Azərbaycan dövlətinin gənclərin xaricdə təhsilinə də xüsusi diqqət göstərdiyini bildirib və bu istiqamətdə Prezident İlham Əliyevin sərəncamları ilə icra olunan dövlət proqramlarını nəzərə çatdırıb. Tam dövlət təqaüdlü proqramlar sırasında BMU və Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı barədə danışan rektor Çin universitetləri ilə də bu istiqamətdə başlanılan yeni ikitərəfli layihələrə toxunub. Rektor BMU-nun son illər beynəlxalq tərəfdaşlıq siyasətini aktiv şəkildə inkişaf etdirdiyini və Avropa təhsil məkanında tanınan ali məktəblərlə də sıx əməkdaşlığa böyük önəm verildiyini deyib. BMU-nun beynəlxalq əməkdaşlıq vasitəsilə yeni təcrübə mübadiləsinə açıq olduğunu önə çəkən Yaqub Piriyev Baltikyanı ölkələrin nüfuzlu ali təhsil ocaqlarından olan VILNIUS TECH ilə əməkdaşlığın tədris və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

Nümayəndə heyəti adından çıxış edən VILNIUS TECH-in professoru Dr. Dalius Mazeika universitet haqqında tədqimat edib. Bildirib ki, təmsil etdiyi universitet  mühəndislik, texnologiya, tətbiqi elmlər və innovasiya sahələrində aparıcı dövlət ali təhsil müəssisələrindən biridir. Universitet ağıllı şəhərlər, yaşıl enerji, robot texnologiyaları, aviasiya sistemləri, nəqliyyat mühəndisliyi və informasiya texnologiyaları istiqamətlərində elmi-tədqiqat layihələri həyata keçirir.

Görüşdə  akademik və elmi əməkdaşlığın gücləndirilməsi, mübadilə və ikili diplom proqramları, eləcə də birgə tədqiqat təşəbbüsləri yönündə müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti BMU-nun kampusu, laboratoriyaları və elmi-tədqiqat mühiti ilə tanış olub.

Sonra nümayəndə heyətinin üzvlərinin iştirakı ilə BMU-nun SABAH proqramının tələbələri üçün seminar və infosessiya təşkil olunub. Tədbirlərdə universitetin professoru Vidas Zuraulis “Mühəndislikdə AI- Nəqliyyat mühəndisliyi” mövzusunda çıxış edib, eyni zamanda professor Dalius Mazeika,  Beynəlxalq Tədris Mərkəzinin baş meneceri Viktorija Pliuskiene və Aloha World xaricdə təhsil şirkətinin direktoru Səbuhi Ağayev tərəfindən Litvada təqaüdlü təhsil imkanlarına dair təqdimatlar edilib. Görüşlərdə, həmçinin tələbələrə VILNIUS TECH-də tədris olunan ixtisaslar, yataqxana, təqaüd proqramları, tələbə həyatı, viza və yaşayış icazəsi, həmçinin qəbul şərtləri haqqında geniş məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR