Yeni istifadəçilər üçün kitabxana sistemi ilə bağlı təlim

Bakı Mühəndislik Universitetində (BMU) Kitabxana və informasiya mərkəzinin fəaliyyəti, həmçinin elektron informasiya resurslarından istifadə qaydaları ilə bağlı yeni istifadəçilər üçün maarifləndirici təlim təşkil olunub.

Gazette.az xəbər verir ki, təlim BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü istiqamətə (Keyfiyyətli təhsil) uyğun olaraq tələbələrin bilik və informasiya resurslarına bərabər və əlçatan çıxış imkanlarının yaradılması, onların informasiya savadlılığının artırılması, akademik mühitə səmərəli adaptasiyasının dəstəklənməsi məqsədi daşıyıb. Təlim, habelə semestrdaxili imtahanların başlanması ərəfəsində tələbələrin kitabxanadan daha səmərəli istifadəsinə dəstək olmağa xidmət edib.    

Tədbirdə Kitabxana və informasiya mərkəzinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri, daxili istifadə qaydaları, elektron kataloq sistemi, distant giriş imkanı, beynəlxalq elmi bazalarla bağlantı, həmçinin tələbələr üçün mövcud olan oxu zalları və rezervasiya xidməti barədə ətraflı məlumat verib. O, eyni zamanda tələbələrin imtahan sessiyası dövründə resurslara daha çevik çıxış imkanları, onlayn sifariş və elektron arxiv sistemindən istifadə qaydaları ilə bağlı praktik təqdimat aparıb.

Təlim interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb.    

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR