BMU-nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir

Bakı Mühəndislik Universitetində (BMU) IAAR (Independent Agency for Accreditation and Rating) beynəlxalq akkreditasiya agentliyinin ekspertlərindən ibarət komissiya heyəti ilə görüş keçirilib.

IAAR ekspertlərinin BMU-ya səfəri (6-8 oktyabr) universitetin  bakalavriat səviyyəsindəki 6 ixtisası (“İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”) özündə ehtiva edən iki klaster üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Ekspertlər qeyd olunan ixtisaslar üzrə proqramları IAAR-ın Xarici Təhsil Təşkilatları və Təhsil Proqramlarının Beynəlxalq Akkreditasiyası üzrə Standart və Təlimatlarına (ESG əsasında) uyğun olaraq dəyərləndirir.

BMU-nun rektoru Yaqub Piriyev universitetin 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq akkreditasiyanın aparılmasının əsas hədəflər sırasında yer aldığını bildirib. Akkreditasiyanın önəminə diqqət çəkən rektor deyib ki, bu proses təhsil və elmi fəaliyyətin qlobal standartlara uyğunluğunu təmin etmək, tələbələrin, məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq, xaricdə təhsil və karyera imkanlarını genişləndirmək, habelə universitetin beynəlxalq əməkdaşlıqlarını gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Akkreditasiyanın, həmçinin universitetlərin davamlı inkişafını və tədris keyfiyyətinin yüksəldilməsini təşviq etdiyi vurğulanıb.    Yaqub Piriyev son illər BMU-da təhsil proqramlarının yenilənməsi, akademik heyətin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, beynəlxalq ikili diplom proqramlarının icrası, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, elmi-tədqiqat, innovasiya fəaliyyətləri, keyfiyyət təminatı sahəsində görülən işləri də diqqətə çatdırıb. Habelə BMU-nun beynəlxalq reytinqlərdə irəliləməsi, QS reytinqində dünya universitetləri sırasında TOP 1000-liyə düşməsi qeyd olunub, akkreditasiya prosesinin uğurla nəticələnəcəyi təqdirdə bunun ali məktəbin daha ciddi uğurlar qazanmasında önəmli rol oynayacağına əminlik ifadə edilib.  

Komissiya heyətinə akkreditasiyadakı əməklərinə görə təşəkkürlərini çatdıran Yaqub Piriyev prosesin tamamlanması üçün ekspertlərin bundan sonra da bütün zəruri məlumatlarla təmin ediləcəyini deyib.

Çıxış edən komissiya  heyətinin üzvləri BMU-da olduqları müddətdə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və son iki gün ərzində keçirdikləri görüşlər, onlara təqdim olunan informasiyalar haqda ilkin təəssüratlarını bölüşüblər. BMU-da müasir laboratoriyaların, Texnoparkın  mövcudluğu, sənaye müəssisələri ilə əlaqələrin səmərəli təşkili, o cümlədən rəqəmsallaşdırılma işləri, mövcud elektron sistemlər, elmi-tədqiqat imkanları və tələbəyönümlü idarəetmə modeli yüksək qiymətləndirilib.

Görüşdə komissiya heyətinin sualları cavablandırılıb, akkreditasiya prosesinin ilkin mərhələsinin uğurla başa çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda nümayəndə heyətinə BMU-nun xatirə hədiyyələri tədqim edilib.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR