ƏHALİNİN NƏZƏRİNƏ! Bu ödənişləri dövlət öz üzərinə götürəcək

"Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək".

Bunu bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə razılaşma əsasında bakalavriat səviyyəsi üzrə boş qalan dövlət sifarişli yerlərə tələbələrin yenidən yerləşdirilməsi aparılacaq. Hazırda bununla bağlı işlər görülür.

Məleykə Abbaszadənin sözlərinə görə, müəyyən ixtisaslar var ki, orada müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə aşağıdır: “Magistratura səviyyəsi üzrə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur. Dövlət hər bir proqram üzrə plan yerləri ilə bağlı proqnoz verir.

Yerləşdirmə aparıldıqdan sonra müəyyən ixtisaslarda, məsələn, kənd təsərrüfatı ixtisaslarında boş yerlər qalır. Amma bəzi ixtisaslarda plan yerləri tam dolur. Təhsilə ona görə vəsait ayrılır ki, insanlar təhsil alsınlar. Elm və Təhsil Nazirliyi ilə razılaşmalar əsasında həmin o yerlərdə yenidən yerləşdirmələr aparılır”.

Valyuta.az

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR