Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

Hər il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat prosesi ilə bağlı müəyyən maraq doğuran məsələlər olur. Qeydiyyat zamanı hansı sənədlərin tələb olunduğu, tibbi arayışın zəruriliyi ilə bağlı tez-tez suallar yaranır. Bu mövzu ilə bağlı “Azərbaycan müəllimi” Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən cavabda bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatı “Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qeydiyyat üçün tələb olunan sənədlər bunlardır:

1. Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini; əcnəbilər pasport və ya icazə vəsiqələrini; vətəndaşlığı olmayan şəxslər isə müvafiq sənədləri təqdim edirlər;
2. Tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənəd (cari ilin məzunları üçün təhsil müəssisəsini bitirmə barədə arayış);
3. Azərbaycanda ali təhsil müəssisəsini bitirən abituriyentlər üçün dövlət hesabına təhsil alıb-almadığını təsdiq edən arayış;
4. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
5. Təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi hüququnu təsdiqləyən sənədlər.

Nazirlikdən həmçinin qeyd olunub ki, qəbul prosesi və ya sənədlərin təqdimatı zamanı tələbədən sağlamlıq vəziyyətini təsdiq edən tibbi arayış da tələb oluna bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətindədir və həmin müəssisələrin qərarına əsasən həyata keçirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR