ATU-nun rektoru Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qızı ilə görüşüb

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Azərbaycanın Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovanı və həyat yoldaşı Ofelya Salmanova ilə görüşüb.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, Tibb Universitetinin böyük ailəsinə qatılması münasibətilə A.Həşimovanı təbrik edən rektor ildönümünü yaşadığımız Vətən müharibəsinə toxunub. Bildirib ki, general-mayor Polad Həşimov da daxil olmaqla bütün şəhidlərimizin, ordumuzun sayəsində biz rayonlarımızın işğal günlərini deyil, azadolunma tarixlərini böyük qürurla qeyd edirik: “Bu tarixi Qələbə Azərbaycan xalqına tamam başqa bir ruh, başucalığı gətirdi. Ali Baş Komandanın müdrikliyi, əsgərdən generala kimi bütün hərbçilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının yumruq kimi birləşməsi nəticəsində biz çox gözlədiyimiz qələbəni əldə etdik və 30 il davam edən ədalətsizliyi aradan qaldırdıq”.

Hər bir insan üçün valideyn itkisinin çox ağır olduğunu söyləyən Gəray Gəraybəyli əlavə edib ki, əgər Polad Həşimov şəhid olana kimi Aybəniz tək onun qızı idisə, ondan sonra artıq bütün Azərbaycanın övladıdır.

Sonra rektor Tibb Universiteti, onun tarixi haqda məlumat verib, generalımızın qızının ən azı 6 il ATU ailəsinin üzvü olacağından məmnunluğunu ifadə edib.

Aybəniz Həşimovaya təhsildə uğurlar arzulayan ATU-nun rektoru ona tələbə biletini və universitet adından hədiyyə olaraq noutbuk təqdim edib.

Onu da bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə A.Həşimovaya əlavə olaraq 200 manat məbləğində təqaüd ayrılıb.

Universitetin rəhbərliyinə göstərilən diqqətə görə təşəkkürünü bildirən Ofelya Salmanova qızının müəllimlərinin gözləntilərini doğruldacağına və yaxşı bir həkim kimi yetişəcəyinə əmin olduğunu söyləyib.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR