BAKU Azərbaycan
18.03 °C

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib – QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərar qəbul edib.

GAZETTE xəbər verir ki, Qərara əsasən, ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində təlim-tərbiyə prosesləri oktyabrın 1-dən, ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan başlayacaq və əyani formada təşkil ediləcək.

Baş nazir Əli Əsədovun imzaladığı Qərara görə, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

Həmçinin ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri olacaq.