BAKU Azərbaycan
20.03 °C

Prezident İlham Əliyev Əziz Səncəri fəxri diplomla təltif edib

Prezident İlham Əliyev Əziz Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

GAZETTE xəbərə verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, türkiyəli elm adamı Əziz Səncər 2015-ci ildə Kimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.