Müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi başa çatır

6 sentyabrda ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi başa çatır.  

GAZETTE xəbər verir ki bu, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilən vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR