Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Təxminən 20 il əvvəl ABŞ-nin Florida sahillərində dənizə atılan 500 min tondan çox dəniz molyusku qabığı illər sonra böyük ekoloji layihənin əsasına çevrilib.

2007-ci ildə restoran və dəniz məhsullarının emalı müəssisələrindən toplanan idəniz molyusku qabıqları Meksika körfəzinin sularına yerləşdirilib.

Həmin vaxt layihə ciddi tənqid olunub. Bir çox insan qabıqların dənizə atılmasını okeanın tullantı poliqonuna çevrilməsi kimi qiymətləndirib. Hətta tədqiqatçılar da layihənin nəticəsinin necə olacağını tam əminliklə proqnozlaşdıra bilməyiblər. 

Lakin illər ərzində dənizin dibində böyük dəyişiklik baş verib.

Qabıqlar dənizin dibinə yerləşdirildikdən sonra onların üzərində bakteriyalar və digər mikroorqanizmlər məskunlaşıb. Zamanla qabıqlar parçalanaraq suya kalsium buraxıb və dəniz mühitinə təsir göstərib.

Əvvəllər yumşaq və qumlu olan dəniz dibi qabıqlar sayəsində daha sərt səthə çevrilib. Bu isə gənc dəniz molyusklarının həmin əraziyə yapışaraq böyüməsinə şərait yaradıb.

Təxminən 20 il davam edən bərpa işləri nəticəsində bölgədə istiridyələrin sayında ciddi artım müşahidə olunub.

Dəniz molyusku qabıqları suyu təbii şəkildə süzərək onun keyfiyyətinin yaxşılaşmasına kömək edib. Bunun nəticəsində zərərli yosunların kütləvi artımı azalıb.

Bölgə zamanla müxtəlif dəniz canlıları üçün əlverişli yaşayış məkanına çevrilib. (yeni sabah)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR