Bu ölkədə hər beş gündən bir məscidə hücum edilir

Böyük Britaniyada hər beş gündən bir məscidə hücum edilir.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin Britaniya Müsəlmanları Fonduna istinadən verdiyi məlumata görə, ötən il 70-dən çox belə hücum qeydə alınıb. Fond vandalizm, təqib, məscidə gedənlərə qarşı nifrət dolu çıxışlar, onlayn təqib və sair kimi hərəkətləri məscidlərə hücum kimi təsnif edir.

Fond London, Böyük Mançester və Midlends bölgəsini hücumların əsas qaynar nöqtələri kimi göstərir. Londonda məscidlərə doqquz ayrı hücum qeydə alınıb, Midlendsın ən böyük şəhəri olan Birminhemdəki bir məscidə isə üç dəfə hücum edilib.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə isə, 2025-ci ilin mart ayına qədər olan 12 ay ərzində müsəlmanlar əleyhinə nifrət cinayətlərində artım 19% təşkil edib.

“The Guardian” qəzeti xatırladır ki, bu ilin əvvəlində Böyük Britaniya hökuməti mövcud Məscid Təhlükəsizliyi Maliyyələşdirmə Sxemi çərçivəsində məscidlərə əlavə 40 milyon funt sterlinq (53 milyon dollardan çox) ayırmaq niyyətində olduğunu açıqlamışdı. Bu sxem CCTV kameralarının quraşdırılması, yeni hasarlar və özəl təhlükəsizlik şirkətlərinin işə cəlb olunması üçün dövlət maliyyələşdirilməsinə imkan verir.

Lakin fondun məlumatına görə, məscidlər üçün vəsaitin alınması bürokratik əngəllər səbəbindən olduqca çətindir. Bəzən vəsaitin alınması bir ildən çox çəkə bilər.

Fond həmçinin qeyd edir ki, ölkədə müsəlmanlara qarşı düşmənçilik getdikcə normaya çevrildikcə problem daha da kəskinləşir. Fondun bu ilin iyun ayında "British Future" ilə birgə apardığı sorğuya görə, hər altı britaniyalıdan biri artan müsəlman əhalisinin "Britaniya mədəniyyətinin təməlləri üçün təhlükə" olduğunu düşünür.(Teleqraf)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR