Minlərlə avtomobil təcili servislərə geri çağrılır

İsveçin məşhur avtomobil istehsalçısı "Volvo" minlərlə avtomobilində aşkar edilən təhlükəli nasazlıq səbəbindən geri çağırılma qərarı verib.

Şirkət yüksək gərginlikli batareya paketində yanğın riski yarada biləcək problemə görə 2020-2022-ci illərdə istehsal olunan 64 mindən çox XC40 modelini servislərə çağırır.

Məlumata görə, geri çağırılma əsasən Avropa bazarında satılan avtomobilləri əhatə edir. 

Şirkət bildirib ki, məqsəd sürücülərin təhlükəsizliyini təmin etməkdir. Servislərdə avtomobillər yoxlanılacaq və zərurət yaranarsa, nasaz hissələr dəyişdiriləcək.

Qeyd edək ki, Volvo ötən il də genişmiqyaslı geri çağırılma həyata keçirmişdi. Həmin vaxt XC40 və XC60 modellərində aşkarlanan texniki nasazlıq əyləc sisteminin işinə təsir göstərdiyi üçün 76 mindən çox avtomobil servislərə çağırılmışdı. Bu dəfə isə geri çağırılmanın səbəbi batareyada yanğın riski ilə bağlıdır.(Yeni Sabah)

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR