Ərdoğandan seçki hazırlığı təlimatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçkilərə hazırlıqla bağlı komandasına və hakim AK Partiyasına  müvafiq tapşırıqlar verib.

Ölkə.az xəbər verir ki, AK Partiyası yeni seçki kampaniyasına 14 avqustda, 25-ci ildönümündə başlamağa hazırlaşır. Seçkiyə hazırlıqla bağlı Prezident Ərdoğanın kabinet üzvlərinə müxtəlif əyalətlərdə yarımçıq qalmış investisiyaları tamamlamağı tapşırdığı məlum olub.
AK Partiyanın "strategiya komandası" seçkilər üçün yeni yol xəritəsi müəyyən edərkən, kabinet üzvləri millət vəkilləri ilə qruplar halında deyil, əyalət-əyalət görüşlər keçirirlər. Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşekin rəhbərlik etdiyi kabinet üzvləri hər həftə fərqli əyalətlərdən olan millət vəkilləri ilə görüşürlər. Millət vəkilləri seçicilərinin problemlərini, yarımçıq qoyulmuş investisiyaları və təcili olaraq tələb olunan sorğuları müvafiq nazirə çatdırırlar. Planlaşdırılan investisiyalar bildirilir və Prezident Strategiya Ofisinə təqdim edilir.

AK Partiyası daxilində ənənə halını alan, xüsusən də kabinet üzvləri ilə keçirilən məsləhətləşmə görüşləri indi fərqli bir formatda davam edəcək. Nazirlər millət vəkilləri ilə qrup şəklində görüşmək əvəzinə, onlarla əyalət-əyalət görüşəcəklər. Məqsəd, millət vəkillərinin əyalətlərindən və seçicilərindən toplanan şikayətləri, sorğuları və regional layihələri birbaşa müvafiq nazirlərə çatdırmaqla icra nazirliklərinin yerlərdəki tələblərə tez cavab verməsini təmin etmək və bununla da həll prosesini sürətləndirməkdir.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR