“Emirates” sərnişinlərə yeni qaydaların qüvvəyə minməsini xatırladıb

“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarədə smartfonların, planşetlərin və digər elektron cihazların enerji yığımı üçün istifadə olunan portativ akkumulyatorların (powerbank) daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Artıq uçuş zamanı pauerbanklardan istifadə etmək qadağan olunacaq.

Gazette.az xarici mediaya istinadla xəbər verir ki, şirkətin saytında bildirilir ki, hər sərnişinə yalnız tutumu 100 vatt-saata qədər olan bir ədəd xarici akkumulyator götürməyə icazə verilir. Qurğu yalnız əl yükündə daşına bilər, baqaja təhvil verilə bilməz. Bununla yanaşı, uçuş zamanı qurğudan istifadə etmək və ya onu enerji ilə doldurmaq qadağan olunur. Pauerbankı baqaj rəfinə deyil, yalnız oturacağın altına və ya qarşıdakı oturacağın ciblərinə yerləşdirmək olar.

Zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorlar qızaraq yanğına, partlayışa və ya zəhərli qazların yayılmasına səbəb ola bilər. Yeni tədbirlər sərnişinləri mümkün insidentlərdən qorumaq məqsədi daşıyır.

“Emirates”in daha əvvəl xatırlatdığı kimi, yeni qaydalara əsasən, təyyarəyə ayrıca qablaşdırmada olmaq şərti ilə ən çox 15 fərdi elektron cihaz – noutbuk, planşet, telefon və s. götürmək olar. Böyük həcmli litium batareyaları olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınmasına isə icazə verilmir.

Eyni zamanda, “Etihad” aviaşirkəti “Bluetooth” texnologiyası ilə işləyən səs gücləndiricilərin daşınması qaydaları ilə bağlı xəbərdarlıq yayıb. Şirkətin nümayəndələri sosial şəbəkədə sərnişinin sualına cavab olaraq bildiriblər ki, portativ səsgücləndiriciləri baqajda daşımaq və ya salona daxil etmək olar, lakin bu, icazə verilən 15 elektron cihazın ümumi siyahısına daxildir.

Bununla yanaşı, baqajda daşınan bütün cihazlar tamamilə söndürülməli və etibarlı şəkildə qablaşdırılmalıdır. Əlavə akkumulyatorlar, pauerbanklar və elektron siqaretləri qeydiyyatdan keçirilmiş baqaja qoymaq qəti qadağandır.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR