İspaniyada ərzaq və qida məhsullarını tullayanlar 500 milyon avroyadək cəzalanacaq

İspaniya hökuməti yararlı ərzaq məhsulu və xörəkləri zibil kimi atan restoranlar və supermarketlərin cəzalandırılmasına dair qanun layihəsini dəstəkləyib.

Gazette.az xəbər verir ki, məlumatı iyunun 7-də “El Pais”qəzeti yayıb.

Məlumata görə, İspaniyada hər il ev təsərrüfatları 1,3 milyard kq, yaxud adambaşına orta hesabla 31 kq ərzaq, yemək tullayır. Krallığın Nazirlər Kabineti bu hala qarşı mübarizə aparmaq niyyəti ilə qida itkisinin qarşısını almaq üçün uyğun qanun layihəsini bəyənmək istəyir.

Bildirilib ki, ərzaq zəncirinin bütün iştirakçıları tullantıların qarşısını almaq üçün qanun layihəsinin hazırlanmasına cəlb edilməlidir. Qaydalara əməl etməyən barlar, restoran və supermarketlər cəzalandırılacaq. Qanun layihəsinə əsasən, yemək üçün yararsız olan ərzaq məhsullarından şirələr və cemlər hazırlamaq olar. Variant olaraq onlardan heyvanlar üçün yem hazırlamaq da təklif olunur. Qaydalara əməl etməyənlər 2 000 – 60 000 avroyadək cərimə olunacaq. Normalar təkrar pozularsa, o halda cərimənin məbləği 500 milyon avroya çata bilər. Bu qaydaların adi insanlara tətbiqi nəzərdə tutulmur.

Hökumət təklif edir ki, məhsulu tullamazdan əvvəl onun istifadə imkanlarını dəyərləndirmək lazımdır. Çünki qidaları konserv bankalarına köçürmək mümkündür. Müəssisələr restoran, supermarket və barlarla məhsulların toplanması, saxlanması və daşınması şərtlərini müəyyən edən müqavilələr imzalayacaqlar.

 

 

report

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR