
Reklam
04 İyun 2022, 12:38
605
Fransanın 60 departamentində “narıncı” təhlükə səviyyəsi elan edilib
Fransa meteoroloqları hava ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edib.
Gazette.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Meteo France” meteorologiya xidmətinin məlumatında deyilir.
Sözügedən departamentlər ölkənin cənub-qərbində, mərkəzində və şimalında yerləşir. Daha 23 departamentdə isə “sarı” təhlükə səviyyəsi elan edilib.
Xatırladaq ki, iyunun 4-nə keçən gecə Fransanın bir sıra departamentlərində yağış və ildırım müşahidə olunub. Təkcə Kot-d'Amor, həmçinin İl və Villen departamentlərində xilasedicilər əlverişsiz hava şəraiti səbəbindən 350-dək çıxış həyata keçiriblər.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





