Avstraliya sahillərinə son iki ildə ilk kruiz gəmisi yan alıb

Pandemiyanın son iki ilində Avstraliya sahillərinə ilk kruiz gəmisi yan alıb.

Gazette az bildirir ki, Kipr adasından yola çıxan "Pacific Explorer" səyahət gəmisi Sidney limanında lövbər atıb. Gəminin göyərtəsində yalnız 250 nəfərlik ekipaj üzvü olub. Okean layneri mayın 31-də sərnişin götürərək Avstraliya limanını tərk etməlidir. "Pacific Explorer" 1998 sərnişinə xidmət etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2020-ci ilin martında Sidney limanında dayanan "Ruby Princess" kruiz gəmisinin ölkə ərazisində koronavirusun yayılmasına səbəb olduğu barədə iddialardan sonra xarici ölkə gəmilərinin Avstraliyaya girişi qadağan edilib.

Aprelin 17-də qadağa aradan qaldırıldıqdan sonra kruiz kompaniyaları işi canlandırmaq ümidi ilə işçilərinin sayını artırmağa başlayıb. Yeni qaydalara görə, okean laynerlərinin bütün ekipaj üzvləri və 12 yaşdan yuxarı sərnişinləri koronavirus əleyhinə iki doza peyvənd vurdurduğu barədə sənədlər, həmçinin mənfi test cavabları təqdim etməlidir.

Qeyd edək ki, 9News telekanalının məlumatına görə, pandemiyadan öncəki 2018-ci ildə 1,35 milyon avstraliyalı dəniz səyahətinə yollanmışdı.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR