Rus oliqarxların var-dövləti əldən çıxır

Fransa prezidenti Emmanuel Makron ölkəsində biznesi olan rusiyalı oliqarxların var-dövlətinin qeydiyyata alınmasını tələb edib.

Gazette Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Ukraynada gedən müharibədir. Onların sahib olduqları hissələr dəqiqləşdiriləcək. Hətta gələcəkdə oliqarxların villalarına, maşınlarına və bahalı yaxtalarına əl qoyulması gözlənilir. 

Fransanın maliyyə və iqtisadiyyat naziri Bryun Le Mer açıqlamasında "Avropanın sanksiyaları siyahısına daxil ediləcək iş adamlarını müəyyənləşdirməliyik. Onların aktivlərinə əl qoyulacaq" sözlərini söyləyib.

Nazir əlavə edib ki, aktivlərin sahib olduğu bütün lüks vasitələr araşdırılır. Bura rus biznesmenlərin sahib olduğu mülklər, lüks maşınlar və digər bahalı vasitələr də daxildir.

Əlavə olunub ki, Fransanın lüks istirahət zonası hesab edilən Lazur sahili və Kurşevel rus oliqarxlarının sevimli məkanıdır. Burada mülkə sahib olanlar arasında bloqqer və iş xanımı Nika Beloserkovskaya da yer alır. Eyni zamanda bu yerlərdə "Forbes"in milyarderlər siyahısına daxil olan Roman Abramoviç, Oleq Deripaski, Boris Rotenberqun villaları var.

Qeyd edək ki, məlumatda Britaniyada da eyni addımın atılacağı bildirilib. Xarici işlər naziri Liz Trass açıqlamasında sanksiya siyahısında yer alan rus oliqarxların əmlaklarına həbs qoyulub. 

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR