
Reklam
03 Fevral 2022, 11:05
648
Dünyanın ən güclü pasportları
Dünyanın ən güclü pasportlarının reytinqi yenilənib. Asiya ölkələri arasında Yaponiya və Sinqapur birinci pillədəki yerlərini qoruyublar.
Gazette xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, hazırlanan "The Henley Passport Index"ə görə, 2021-ci ilə nisbətən vizasız ölkələrin sayı dəyişməyib.
Yaponiya və Sinqapur vətəndaşları ötən il olduğu kimi, 192 ölkəyə vizasız və ya giriş zamanı verilmiş viza ilə səyahət edə bilərlər.
Cənubi Koreya və Almaniya ikinci (190 ölkə), üçüncü yerdə isə İtaliya, Finlandiya, İspaniya və Lüksemburq (189 ölkə) qərarlaşıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





