
Reklam
01 Fevral 2022, 20:25
588
İranın tanınmış din xadimi vəfat edib
İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqani vəfat edib.
Gazette xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
Qeyd olunub ki, din xadimi fevralın 1-də 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, ayətullah-üzma Gülpayaqani 1919-cu il fevralın 20-də İsfahan əyalətinin Gülpayaqan şəhərində anadan olub.
O, İranın məşhur din xadimi, ayətullah-üzma Bürucerdinin yanında təhsil alıb. Gülpayaqani İranın Qum şəhərində dini fənləri tədris edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





