Daha bir dövlətdə koronavirusa qarşı qadağalar sərtləşdirildi

Sloveniyada pandemiya ilə mübarizədə müvəqqəti olaraq daha sərt məhdudlaşdırıcı tədbirlər qüvvəyə minəcək.

 

Bu barədə Sloveniyanın səhiyyə naziri Yanez Poklyukar bildirib.

Qeyd edilir ki, bazar ertəsindən etibarən gecə klubları müvəqqəti bağlanacaq, restoranlar yerli vaxtla saat 22:00-a qədər xidmət göstərəcək.

Ölkənin demək olar ki, istənilən yerinə səfər etmək üçün 12 yaşdan yuxarı vətəndaşların koronavirus testinin nəticəsi neqativ olmalı və ya koronavirusa qarşı peyvənd olunmalı və ya sağaldıqları müddət altı aydan çox olmamalıdır.

Mağazalarda hər 10 kv/m əraziyə bir ziyarətçi qəbul etmək mümkün olacaq. Sosial-mədəni və idman tədbirləri zamanı insanlar arasında bir boş yer qalmalıdır. Bundan əlavə, yalnız FFP2 qoruyucu tibbi maska ​​və respiratorların istifadəsinə icazə veriləcək, parça maskadan istifadə qadağan ediləcək.

Sloveniyada son sutka ərzində koronavirusa 3 662 yeni yoluxma hadisəsi aşkarlanıb, ümumi yoluxma sayı 353 660 nəfərə çatıb.

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR