Rusiya və ABŞ hərəkətə keçdi: Əgər Türkiyə əməliyyata başlasa...

Türkiyənin Suriyada mümkün əməliyyatından əvvəl bölgə aktivləşib.

Rusiya Hərbi Hava Qüvvələri Tal-Tamirdən Eyn-İsaya qədər qəsəbələrdə hava və quru hərbi manevrlərini artırdığı bir vaxtda ABŞ YPG-yə 50 TIR logistika göndərib.

Məlumata görə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus ilk 50 yük maşınından ibarət karvan PKK terror təşkilatının nəzarətində olan Qamışlı şəhərinə daxil olub.

Bu, Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin son görüşündən sonra baş verib. TIR karvanı İraq Kürd Regional Rəhbərliyi ilə Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından keçərək Qamışlıya daxil olub.

Türkiyəyə yeni təhlükə Əsəd cəbhəsindən gəlib. Suriya Milli Barışıq Mərkəzinin üzvü Ömər Rəhmun bildirib ki, Türkiyə Suriyanın şimalında əməliyyata başlasa, Suriya ordusu İdlibdə iki mərhələli əməliyyat keçirəcək: “Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyatı başlatdığı andan ilk mərhələdə Cebel əz-Zəviyə, Cisr əş-Şuqur, Əl-Qab və M4 magistral xətti və ondan 8 kilometr şimalda olan ərazilər azad ediləcək”.

Suriya rejiminin İdlib və ətrafına yerləşdiriləcək 25-ci Xüsusi Fəaliyyət Qüvvəsi Diviziyasına 1000 əsgərin cəlb ediləcəyi açıqlanıb. Gənclərin işə qəbulu üçün Latakiya, Xüms, Həma və Dəməşq əyalətlərinin hər birində dörd yeni işə qəbul bürosu açılıb. Bölümün təhlükəsizlik idarələri bildirirlər ki, yeni könüllülər ayda 45 dollar maaş alacaq və Həmadakı düşərgələrdə 15 günlük təlim keçəcəklər. Yerli xəbər mənbələri 550 keçmiş mülki şəxsin Həmadakı düşərgələrdə təhsilini başa vurduğunu açıqlayıb.

Suriya Milli Ordusunun komandirlərindən olan Əbdülsalam Əbdürəzzak əməliyyata hazır olduqlarını açıqlayıb: “Tal-Rifat və Eyn-əl-Ərəb (Kobani) bölgələri Türkiyə ordusu və Suriya Milli Ordusu üçün strateji hədəflər təşkil edir. PKK-ya qarşı əməliyyat üçün mütəmadi olaraq Türkiyə hərbi rəsmiləri ilə görüşlər keçirilir. Lakin bu görüşlər əməliyyat bölgələrində baş tutur”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR