BAKU Azərbaycan
14.03 °C

Sentyabrın 1-dən Rusiyaya hava yolu ilə yalnız bu halda getmək mümkün olacaq – ŞƏRTLƏR

Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, sentyabrın 1-dən etibarən yalnız “Путешествую без “COVID-19″” mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən GAZETTE-yə bildirilib ki, bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.

Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrində yayımlanacaq.