Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib. 

Anım mərasimində Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Xalqımızın Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

SON XƏBƏRLƏR

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Baş prokuror vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyənin təşviqini müzakirə edib

Media və Yayım Şurası açıqlama yayıb

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,9 faiz artıb

Səhiyyə Nazirliyi qəzalı xəstəxana ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

BÜTÜN XƏBƏRLƏR