Fərid Əhmədov Pakistanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan ilə görüşüb.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi, mədəni və dini bağlara əsaslandığı vurğulanıb. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında dövlət başçıları İlham Əliyev və Şahbaz Şərifin qarşılıqlı səfərlərinin və yüksək səviyyəli görüşlərinin mühüm rolu qeyd edilib.

Tərəflər ədliyyə və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsi, hüquqi əlaqələrin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iki ölkənin ədliyyə qurumları arasında imzalanmış Anlaşma Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində hakimlər və ədliyyə işçiləri üçün birgə təlim proqramları həyata keçirilir. Artıq biri İslamabadda, digəri Bakıda olmaqla iki təlim keçirilib, növbəti təlimin noyabr ayında İslamabadda keçirilməsi nəzərdə tutulur. 

Qeyd olunub ki, birgə təlimlərin və digər peşəkar tədbirlərin keçirilməsi iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Sonda Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin və hüquqi əməkdaşlığın bundan sonra da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

SON XƏBƏRLƏR

Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib

Fərid Əhmədov Pakistanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlanılıb

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

Fərhad Xəlilov: "İstiqlal" ordenini alacağımı heç fikirləşməzdim

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Yeni icra başçısı kollektivə təqdim olundu

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

BÜTÜN XƏBƏRLƏR