Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının sərgidə əsas məqsədi hüquqi maarifləndirmə aparmaqdır. Maarifləndirmə fəaliyyətimiz qadın hüquqları, uşaq hüquqları, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması və digər fərqli hüquqi mövzuları əhatə edir.

Bunu Ombudsman aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Araz Əsgərli deyib.

"Cəmiyyət müasirləşir və informasiya texnologiyalarına əlçatanlıq fərqli metodlar tələb edir. Bu baxımdan nəşrlərimizi təqdim edərkən onların elektron mənbələrdə də mövcud olduğunu çatdırmağa çalışırıq. Məqsəd odur ki, hər kəs istənilən vaxt bu nəşrlərdən yararlana bilsin, maariflənsin və cəmiyyətimiz üçün faydalı olsun. Məlumatlı olmaq və öz hüquqlarını bilmək cəmiyyətə faydalı fərd kimi töhfə verməkdə əvəzsizdir", - deyə o qeyd edib.

Araz Əsgərli diqqətə çatdırıb ki, Ombudsmanın stendi yalnız adi vətəndaşlar üçün deyil, həm də ixtisaslı hüquqşünaslar üçün böyük maraq kəsb edir. Onlar da təqdim olunan hesabat, nəşr və maarifləndirici materiallarla tanış olaraq bunlardan öz fəaliyyətlərində istifadə edə bilərlər. (Azərtac)

SON XƏBƏRLƏR

Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib

Fərid Əhmədov Pakistanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlanılıb

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

Fərhad Xəlilov: "İstiqlal" ordenini alacağımı heç fikirləşməzdim

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Yeni icra başçısı kollektivə təqdim olundu

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

BÜTÜN XƏBƏRLƏR