Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısı açıqlanıb.

İcbari Sığorta Bürosunun (İSB) məlumatına əsasən, bu sahədə fəaliyyət göstərmək hüququ olan şirkətlər “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.

Məlumatda bildirilir ki, Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlar qeyd olunan sığorta şirkətlərinə müraciət edə bilərlər.

İcbari Sığorta Bürosu Yaşıl Kart sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir, həmçinin Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Yaşıl Kart beynəlxalq avtomobil sığortası sistemidir və sistemə üzv ölkələrdə avtomobillə səfər zamanı müvafiq mülki məsuliyyət sığortasının təmin edilməsinə xidmət edir.

SON XƏBƏRLƏR

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Hərbçilərin pensiya təyinatında - Yenilik

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Daha bir dövlət müəssisəsi ləğv edildi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Damar sağlamlığı üçün 5 qida

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Bakı Bəyannaməsi qəbul edilib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Yorğun hiss edirsiniz?

Gündə 10 dəqiqə məşq etməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq olar

Bu evlərə kupça verilməyəcək

Lavrov Bakıda Hakan Fidanla görüşüb

BÜTÜN XƏBƏRLƏR