
“Könüllü Media Məktəbi” layihəsinə start verilib
“ASAN Könüllüləri” Təşkilatı tərəfindən könüllülərin media savadlılığının artırılması və müasir media mühiti haqqında biliklərinin genişləndirilməsi məqsədilə “Könüllü Media Məktəbi” layihəsinin ilk təlimi baş tutub.
Layihənin ilk görüşü Azərbaycan Respublikasının Media və Yayım Şurasının Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səidə Şəfiyevanın iştirakı ilə “Media savadlılığı və faktyoxlama” mövzusunda baş tutub. Görüşdə dezinformasiya ilə mübarizə, informasiya mənbələrinin yoxlanılması, manipulyativ kontentin və süni intellekt vasitəsilə yaradılmış foto, video materialların aşkarlanması məsələləri müzakirə olunub.
“Könüllü Media Məktəbi” layihəsi çərçivəsində media savadlılığı, faktyoxlama, sosial mediada kontent yaradılması, effektiv kommunikasiya, düzgün nitq, foto və video kompozisiyalarının qurulması, televiziya və radio fəaliyyəti kimi aktual mövzuları əhatə edən silsilə təlim və görüşlər keçiriləcək. Görüşlərdə media mütəxəssislərinin, jurnalistlərin və digər tanınmış şəxslərin iştirakı nəzərdə tutulur.
Əsas məqsəd gənclərin media savadlılığını artırmaq, etibarlı informasiyanın müəyyənləşdirilməsi və informasiya ilə düzgün işləmək bacarıqlarını inkişaf etdirməkdir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





