Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Azərbaycan jurnalistlərinin VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük qismi – 691-i həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən, toplanan materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Bu sözləri Azərbaycan jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.

O qeyd edib ki, Şikayətlər üzrə Komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb. Qərarlarda, əsasən, jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşdıqları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb.

“Onu da bildirək ki, Şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilən şikayətlərin sayından təxminən 2 dəfə çoxdur. Bununla belə, şifahi qaydada, tərəflərlə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədərdir”, - deyə Rəşad Məcid bildirib.

SON XƏBƏRLƏR

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Hərbçilərin pensiya təyinatında - Yenilik

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Daha bir dövlət müəssisəsi ləğv edildi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Damar sağlamlığı üçün 5 qida

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Bakı Bəyannaməsi qəbul edilib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Yorğun hiss edirsiniz?

Gündə 10 dəqiqə məşq etməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq olar

Bu evlərə kupça verilməyəcək

Lavrov Bakıda Hakan Fidanla görüşüb

4 manata görə taksi sürücüsünü döydü

BÜTÜN XƏBƏRLƏR