Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qvineya tərəfinin dəvəti əsasında Konakri şəhərində səfərdə olub.

Səfər cari ilin mart ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in implementasiyası çərçivəsində həyata keçirilib.


Məqsəd Qvineyada “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin yaradılması istiqamətində institusional və hüquqi imkanların müəyyən edilməsi, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin ilkin qiymətləndirilməsi olub.


Nümayəndə heyəti Qvineya Respublikasının Baş naziri tərəfindən qəbul edilib. Qvineyanın Baş nazirinə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” haqqında geniş təqdimat edilib və müvafiq modelin Qvineyada tətbiqi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Baş nazir “ASAN xidmət” modelini yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi davamlı inkişafı məmnunluqla qeyd edib. O,  “ASAN xidmət” təcrübəsinin Qvineyada dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi olacağını bildirib. 


Nümayəndə heyəti səfər çərçivəsində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri ilə görüşüb. Görüş zamanı “ASAN xidmət”in orada tətbiqi istiqamətində planlaşdırılan fəaliyyətlər barədə geniş müzakirələr aparılıb və yol xəritəsi müəyyən edilib.

Həmçinin səfər zamanı Qvineyada “ASAN xidmət” modeli əsasında təsis olunacaq dövlət xidmətləri mərkəzlərində təmsil olunması nəzərdə tutulan dövlət qurumlarının nümayəndələri ilə də görüşlər keçirilib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR