Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verildi

Dekabrın 23-də Bakı şəhəri Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dünya şöhrətli siyasi xadimin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. 

 

Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Əlavə olaraq qeyd olunub ki, yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.

 

İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.

 

Açılış nitqində Baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Məhz həmin yol hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, insan resurslarının inkişafı və fəaliyyətin şəffaflığının təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.

 

Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək vurğulayıb ki, ölkə başçısının rəhbərliyi, daim göstərdiyi diqqət və qayğı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.

 

Baş prokuror çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının ölkədə müasir infrastrukturun formalaşdırılması, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və dövlət qurumlarının fəaliyyətində funksionallıqla estetik tələblərin vəhdətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Kamran Əliyev vurğulayıb ki, Binəqədi rayon prokurorluğunun yeni inzibati binası da bu strateji yanaşmanın bariz nümunəsi olmaqla, müasir memarlıq həlləri, funksional planlaşdırma və vətəndaş yönümlü xidmət prinsiplərini özündə birləşdirir. O bildirib ki, bu cür layihələr hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, şəhərsalma siyasətinin tələblərinə uyğun davamlı və müasir iş mühitinin yaradılmasına xidmət edir.

 

Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Çıxışında onu da bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.

Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.

 

Bundan başqa tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.

 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR