Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir

Daha öncə məlumat verildiyi kimi 15 dekabrda Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyası öz işinə başlayıb. 

130-dan artıq dövlətin rəsmi heyətlərinin və çoxsaylı beynəlxalq və regional təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir.

Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilmişdir. Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.
Assambleyanın ilk günündə Plenar iclasda çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar həyata keçirilib. Bundan sonra o, ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat vermişdir. O həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib. 

Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir və bu sahədə ölkəmizin hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.
Baş prokuror həmçinin qeyd edib ki, ölkəmiz bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir. 

Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub. 
Növbəti ildə isə Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə Qurumlarının 3-cü iclasına ev sahibliyi edəcəkdir.
Bundan əlavə, Baş prokuror korrupsiyaya qarşı mübarizə fəaliyyətinin özünün rastlaşdığı çətinliklər, o cümlədən korrupsiyanın miqyasının və ona qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi ilə bağlı praktiki boşluqları qeyd edərək ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə BMT-nin dəstəyi ilə hazırlanmış yeni metodologiyanın aktuallığını vurğulayıb.

Sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcəkdir və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Assambleyanın sessiyasında həmçinin ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edir.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR