Xocalıda Ulu Öndərin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib.

Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakim Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də iştirak ediblər. Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib.

Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR