Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib

27 noyabr 2025-ci il tarixində türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib.

Forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Panel müzakirəyə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.

Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, ortaq tarixi-mədəni bağlara malik türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR