Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri "ASAN xidmət"də

Ruanda Respublikasının İKT və innovasiya üzrə dövlət naziri, həmçinin Zimbabve Respublikasının dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırılıb.

Ruanda tərəfi ilə görüş zamanı cari ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb. 

Bu çərçivədə Ruandada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya qiymətləndirmə səfərinin təşkilinə dair razılığa gəlinib.

Zimbabve tərəfi ilə görüş zamanı isə ötən ilin noyabr ayında Zimbabve Respublikasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət etməsi məmnunluqla xatırlanıb. Qarşı tərəf “ASAN xidmət” konsepsiyasının tətbiqi istiqamətində Anlaşma Memorandumunun qısa zamanda imzalanmasına dair təşəbbüslə çıxış edib. Bununla yanaşı nümayəndə heyəti “ASAN xidmət indeksi”nin öyrənilməsində maraqlı olduğunu bildirib.


Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR