Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb.

Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqisahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə məhkəmə qərarlarının icrası və xüsusi icra institutunun tətbiqi, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma və süni intellektin tətbiqi, vətəndaş yönümlü rəqəmsal həllərdən istifadə, məhkəmə ekspertizası sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək məqsədilə Qazaxıstandan olan hakimlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədrisi imkanları planlaşdırılıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR