BDU-da şəhid ailələrinin üzvləri ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Zəfər tarixini yazanlar” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Rövşən Cavadov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş minlərlə qəhrəman arasında BDU-nun 22  şəhid məzunu var. Onlardan dörd nəfəri - Əsəd Əsədov, Cavid Manafov, Ataməli Musaoğlu və Erkin Hüseynov Sosial elmlər və psixologiya fakültəsinin məzunu olub. Həm Universitet, həm də fakültə rəhbərliyi tərəfindən şəhid məzunların xatirəsi daim uca tutulur, onların şərəfli ömür yoluna həsr edilmiş anım tədbirləri keçirilir, müntəzəm olaraq ailələrinə baş çəkilir və məzarları ziyarət olunur. Fakültədə təhsil alan şəhid və qazi övladları daim diqqətdə saxlanılır, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində müvafiq dəstək göstərilir. Dekan həmçinin fakültədə çalışan əməkdaşlardan üç nəfərinin - Pedaqogika kafedrasının dosenti Gülarə Kərimova, laborantı Aysu Əmrahova və Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın şəhid ailəsi üzvləri olduğunu qeyd edib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın həyat yoldaşı - 44 günlük Vətən müharibəsində həlak olmuş polkovnik-leytenant Nail Orucov haqqında danışıb. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyevaya isə həyat yoldaşı ilə  həmişə qürur duyduğunu, onun xatirəsini həmişə uca tutacağını bildirib.

Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və dosenti Səfurə Allahverdiyeva kafedranın dosenti Gülarə Kərimovanın həyat yoldaşı - I Qarabağ müharibəsi şəhidi Aydın Manerovun döyüş və həyat yolundan söz açıblar. Bildiriblər ki, Aydın Manerov Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə tabeliyində olan əsgərləri son nəfəsinədək müdafiə edib, özü isə qəhrəmancasına şəhid olub. Çıxış edənlər həmçinin Pedaqogika kafedrasının laborantı Aysu Əmrahovanın atası şəhid Saməddin Əmrahovun Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışıblar.
Sonda şəhidlər - Aydın Manerov, Saməddin Əmrahov və Nail Orucovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR