“Dərnəgül”də qatarlar arasında 9 dəqiqəlik intervalla bağlı- Açıqlama

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” stansiyasından “Azadlıq prospekti” stansiyası istiqamətində gələn qatarlar arasında interval 9 dəqiqəyə çatıb.

Bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat veriblər. Onların iddiasına görə, tədris ilinin başlanması ilə əlaqədar sıxlıq müşahidə olunur, qatarların bu qədər gecikməsi isə sıxlığı bir az da artırır.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, qeyd olunan stansiyada intervalın bu qədər artması sərnişin sıxlığının azaldılması üçün qatar manevrlərindən istifadə ilə bağlıdır: “Metropolitendə səhər tezdən gur saatlarda texniki cəhətdən mümkün ən sıx intervallar təyin edildiyindən, sərnişin sıxlığının tənzimlənməsi üçün qatarların manevrlərindən istifadə olunur. Bu isə o deməkdir ki, bir istiqamətdə “Memar Əcəmi” stansiyasından, digər istiqamətdə isə “Neftçilər” stansiyasından bir qatar geri qaytarılır. Bu bir qatarın geri qayıtması nəticəsində metronun əsas stansiyaları olan “20 Yanvar” və “Koroğlu”nun sərnişin yükü azaldılır. Bu səbəbdən bir saat ərzində bir dəfə dediyimiz istiqamətdə “Dərnəgül”dən “Memar Əcəmi”yə qədər və ya “Memar Əcəmi”dən “Dərnəgül” istiqamətində intervalın iki dəfə artıq olması mümkündür. Eyni hal “Neftçilər” - “Həzi Aslanov” stansiyaları istiqamətinə də aiddir. Eyni zamanda, “Neftçilər” istiqamətindən gələndə belə hallarda “Həzi Aslanov” stansiyasından dalbadal eyni istiqamətdə gedən 3 qatar görmək olar”.

B. Məmmədov, həmçinin əlavə edib ki, bu nasazlıq xətdə olan problemlə bağlı deyil. Xəttin ən gur sərnişin olan hissəsində sərnişin axınının tənzimlənməsi məqsədilə həyata keçirlir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR