BAKU Azərbaycan
17.03 °C

Bərdədə törədilmiş müharibə cinayətinin ildönümüdür

Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci il 28 oktyabr tarixində Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.