
Reklam
14 Sentyabr 2021, 23:04
1532
“Üç qardaş – 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər edilib – FOTO
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.
Müdafiə Nazirliyindən GAZETTE-yə bildiriblər ki, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.
Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay








