İlham Əliyev “Sumqayıt” ES-in yeni estakada nasos stansiyasının açılışını edib – FOTO

Sentyabrın 3-də Prezident İlham Əliyev Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı edib.

GAZETTE xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Son illərdə Azərbaycanda enerjisistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub.

Dövlət başçısının tapşırığına əsasən 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu Proqramın icrasına vaxtında başlanaraq təcili işlər görülməsəydi 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemdə problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib.

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasının soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Yaranmış vəziyyətlə, xüsusilə dənizdə su səviyyəsinin düşməsi ilə əlaqədar il ərzində bir neçə dəfə qəza açılmaları baş vermişdi.

Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Stansiyanın əsaslı təmirdən sonra yük artımı 20 meqavat olub.

Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesinin hələ də davam etməsi və stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısı alınıb. Yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır.

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR