Paracüdoçularımız “Tokio-2020”-də çıxışlarını başa vurdular

Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan paracüdo yığması çıxışını başa vurub.

GAZETTE xəbər verir ki, “Tokio-2020”-yə 5-i qadın, 6-sı kişi olmaqla ümumilikdə 11 paracüdoçu ilə yollanan yığmamız uğurla çıxış edərək Azərbaycanın aktivinə 8 medal yazdırmağı bacarıblar ki, medalların da 6-sı qızıl, 2-si isə bürüncdür.

Paralimpiya Oyunlarında iştirak edən qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Dürsədəf Kərimova (+70 kq), kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq) və Hüseyn Rəhimli (-81 kq) qızıl medal qazanıblar. Namiq Abbaslı (-66 kq) və İlham Zəkiyev (+100 kq) isə paralimpiyadanın bürünc medalına sahib çıxıblar.

Qeyd edək ki, paracüdoçularımızdan yalnız Bəsti Səfərova və Kənan Abdullaxanlı medalçılar sırasına düşə bilməyiblər. 

Xatırladaq ki, digər paracüdoçumuz, “Rio-2016” Yay Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov Yaponiyaya yollansa da yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün yarışlardan kənarlaşdırılmışdı.

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR