BAKU Azərbaycan
23.03 °C

Yeniyetmə cüdoçularımız Avropa çempionatında 3 qızıl medal qazanıblar

Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

GAZETTE xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Cüdoçularımızdan Xəyal Həsənov (50 kq), İslam Rəhimov və Aydan Vəliyeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Daha iki cüdoçumuz, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıb.

Yeniyetmə cüdoçumuz İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edərək Riqada üçrəngli bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirib.

Qeyd edək ki, 37 ölkədən olan idmançıların  mübarizə apardığı Avropa çempionatında milli komandamız 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunur.

May

May

May

May