BAKU Azərbaycan
14.03 °C

“Neftçi” HİK-lə ilk oyunda qollu heç-heçə etdi

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Gazette.az xəbər verir ki, “Bakcell Arena”da Finlandiyanın HİK klubunu qəbul edən “ağ-qaralar” rəqibi ilə heç-heçə edib – 2:2.

“Neftçi”nin heyətində Sabir Buqrin (59′) və Emin Mahmudov (80′), rəqibdən isə Rupe Riski (61′) və Yair Silva (65′) fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək.

Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.