BAKU Azərbaycan
15.03 °C

"Fənərbağça" Türkiyə millisinin futbolçusu ilə anlaşıb

"Fənərbağça" Türkiyə millisinin və "Karagümrük"ün futbolçusu Emre Morla anlaşıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yanaşı, klubu ilə də razılıq əldə olunub.

Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Emre Mor daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray" və Yunanıstanın "Olimpiakos" klublarında da çıxış edib.