Azərbaycanda hotelləri ən çox qazanan rayonlar - MƏBLƏĞLƏR

2026-cı ilin birinci rübü üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdikləri gəlirlərin rayonlar və şəhərlər üzrə bölgüsü məlum olub.

Təqdim olunan statistikaya əsasən birinci rübdə ölkə üzrə mehmanxana sektorunun ümumi gəliri 128 milyon 717 min manat təşkil edib.

Ümumi gəlirlərin formalaşmasında mütləq əsas pay ənənəvi olaraq paytaxt Bakı şəhərinin üzərinə düşür. Belə ki, yalnız Bakıda yerləşən hotellər birinci rüb ərzində 65 milyon 881 min manat qazanc əldə ediblər.

Paytaxtdan sonra siyahıda ən yüksək gəlirə malik bölgə 25 milyon 705,9 min manatlıq göstərici ilə Qusar rayonudur.

Ölkə üzrə gəlirli bölgələrin ilk üçlüyünü 7 milyon 991,1 min manatlıq nəticə ilə Qəbələ rayonu tamamlayır.

Sıralamanın davamına nəzər saldıqda, dördüncü pillədə 6 milyon 440,2 min manatla Naftalan rayonu, beşinci pillədə isə 5 milyon 550,8 min manatla Quba şəhəri qərarlaşıb.

Regionlar üzrə gəlir ardıcıllığına əsasən, siyahıda növbəti yerləri tutan Lənkəran rayonundakı hotellər 2 milyon 928,4 min manat, Şamaxı rayonundakı obyektlər 1 milyon 789,3 min manat, Şuşa rayonundakı hotellər isə 1 milyon 722,2 min manat gəlir əldə edib.

Ən çox qazanc əldə edən bölgələrin ilk onluğunu isə müvafiq olaraq doqquzuncu yerdə 1 milyon 508,1 min manatlıq nəticə ilə Şabran rayonu və onuncu yerdə 1 milyon 396,7 min manatlıq göstərici ilə Gəncə şəhəri yekunlaşdırır. (FED.az)

SON XƏBƏRLƏR

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

Seneqallı nazir "ASAN xidmət"də

Telefonla hər şeyi çəkirsiniz? - Alimlər bunun yaddaşa zərər verdiyini açıqladı

3 uşağı olan ailələrə şad xəbər - müavinət verilə bilər

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

19 aptekdə nöqsanlar aşkarlandı

BÜTÜN XƏBƏRLƏR