
Bir çox yeniliklər olacaq - Xəyal Həsənov
Bu gün ölkədə kifayət qədər travel şirkətləri fəaliyyət göstərir. Onların arasında dini turizm sahəsində ixtisaslaşan, yalnız müqəddəs ziyarət turlarının təşkili ilə məşğul olan şirkətlər də mövcuddur. Bu dəfə həmsöhbətimiz bu il yaradılmış “İsra Tur” şirkətinin rəhbəri Xəyal Həsənovdur.
“İsra Tur” şirkətinin yaranması hansı zərurətdən doğdur?
Bu gün ölkədə yüzlərlə dini tur fəaliyyət göstərir. Onların bir qismi sistemsiz şəkildə, sadəcə elan paylaşmaqla və zəvvarları digər köklü şirkətlərə yönləndirməklə məşğul olur. Köklü şirkətlər isə turların birbaşa təşkilini həyata keçirərək fəaliyyətlərini davam etdirirlər.
“İsra Tour” da məhz kpklü şirkətlər kimi fəaliyyət göstərən şirkətlərdəndir. Məqsədimiz yeni və daha sistemli dini turlar təşkil edərək zəvvarlara yüksək səviyyədə xidmət göstərməkdir.
Mən özüm 10 ildən artıqdır ki, dostumla birlikdə dini turizm sahəsində fəaliyyət göstərirəm. Müxtəlif adlar və şirkətlər vasitəsilə çalışsaq da, bu ildən etibarən qərara gəldik ki, fəaliyyətimizi müstəqil şəkildə davam etdirək. Bir-birimizə mane olmadan, əksinə dəstək olaraq ayrı-ayrılıqda işləməyin daha səmərəli olacağını düşündük. Bu ilin yanvar ayından etibarən “İsra Tour” şirkətini təsis etdim və hazırda əsas diqqətimi şirkətin tanıdılması və brend formalaşdırılmasına yönəltmişik.
Nə üçün “İsra Tour” adı seçildi?
Şirkətə ad seçərkən müxtəlif variantları nəzərdən keçirdim. Qərara aldım ki, ad Qurani-Kərimdə yer alan surələrdən birini ifadə etsin və fəaliyyət istiqamətimizə uyğun olsun. Bu baxımdan “İsra” adını daha uyğun hesab etdim.
Araşdırma apardıqda məlum oldu ki, dünyanın müxtəlif ölkələrində bu adda turizm şirkətləri fəaliyyət göstərsə də, Azərbaycanda faktiki olaraq belə bir ad mövcud deyil. Bu da seçimimizi daha da dəqiqləşdirdi və nəticədə şirkətə “İsra Tour” adını verməyə qərar verdim.
Fəaliyyət istiqamətləriniz nələrdir?
“İsra Tour” şirkəti əsasən müqəddəs məkanlara ziyarətlərin təşkili ilə məşğul olacaq. Bununla yanaşı, zəvvarlara aviabilet və viza dəstəyi də göstəriləcək.
Hazırda genişmiqyaslı PR işləri aparılır. Şirkətin açılış mərasimini keçirmişik və paralel olaraq müxtəlif tanıtım materialları hazırlanaraq sosial şəbəkə platformalarında yayımlanır.
Eyni zamanda, ölkədə ilk dəfə olaraq dini turizm sahəsində fəaliyyət göstərən tur şirkəti kimi mobil tətbiq üzərində işləyirik. Bu tətbiq zəvvarların qeydiyyat, məlumatlandırma və digər prosedurlarını daha rahat və operativ şəkildə həyata keçirməsinə imkan yaradacaq.
Layihələrimiz kifayət qədər genişdir. Qarşıdakı dövrdə icra edəcəyimiz yeniliklər və xidmətlərlə bağlı məlumatları mütəmadi olaraq ictimaiyyət və media ilə bölüşəcəyik.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





