“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik “FIRST” (Forum of Incident Response and Security Teams – İnsidentlərə Qarşı Mübarizə və Təhlükəsizlik Forumu) təşkilatına üzv qəbul edilib.

Bununla da “AzInTelecom” FİRST tərəfindən Azərbaycanda nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi tanınıb və “Transport CERT” komandası statusunu qazanıb. Üzvlük çərçivəsində komandanın fəaliyyəti “SIM3” modeli üzrə qiymətləndirilib və yerində baxış əsasında beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.

Bu status “AzInTelecom”a xarici mənşəli kiberhücumları beynəlxalq tərəfdaşlarla operativ neytrallaşdırmaq, MISP platforması üzərindən təhdid kəşfiyyatı mübadiləsi aparmaq, həmçinin təşkilatda səsvermə, işçi qruplarında təmsilçilik hüququ qazandırır.

“AzInTelecom”un “FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir. Eyni zamanda şirkətin “Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Cisco” və “CrowdStrike” kimi dünya nəhəngləri ilə eyni qlobal müstəvidə təmsil olunmasını təmin edir, nəqliyyat sektorunda kiberdayanıqlılığın gücləndirilməsinə və institusional imkanların inkişafına töhfə verir.

Qeyd edək ki, “AzInTelecom” fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir. Şirkət kibertəhlükəsizlik sahəsində potensialını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin rəqəmsal təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR