Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?

Dünyada kompüter yaddaşı (DRAM) çatışmazlığı yaxın illərdə aradan qalxmayacaq. Əksinə, 2027-ci ildə vəziyyət daha da ağırlaşacaq və bazardakı gərginlik ən azı 2028-ci ilin sonuna qədər davam edəcək.

Bu barədə "PC Mag" nəşri "Samsung" şirkətinin icraçı vitse-prezidenti Kim Cecdjunun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, operativ yaddaş bazarında yaranan qlobal çatışmazlığın əsas səbəbi süni intellekt texnologiyalarına tələbatın kəskin artmasıdır. İstehsal xətlərinin böyük hissəsi artıq NVIDIA, AMD və digər süni intellekt sistemləri üçün tələb olunan yüksək sürətli HBM yaddaş çiplərinin istehsalına yönəldilib.

Nəticədə fərdi kompüterlər, noutbuklar və smartfonlarda istifadə olunan adi DRAM yaddaş çiplərinin istehsal həcmi məhdudlaşıb.

"Samsung" ən böyük müştərilərini yaddaş çipləri ilə təmin etmək üçün artıq uzunmüddətli müqavilələr bağlayır. Şirkətin məlumatına görə, gələcək istehsal güclərinin təxminən 60-70 faizi əvvəlcədən sifariş edilib.

Şirkət bildirir ki, süni intellekt serverləri üçün yaddaş çiplərinin satışından rekord gəlirlər əldə olunsa da, istehsalı qısa müddətdə artırmaq mümkün deyil. Çünki yeni yarımkeçirici zavodlarının tikintisi və istehsal xətlərinin işə salınması 2-4 il vaxt tələb edir.

"Samsung"un proqnozu bu sahədəki əsas rəqiblərdən biri olan SK Hynix şirkətinin qiymətləndirməsi ilə də üst-üstə düşür. Şirkət 2027-ci ili yaddaş çiplərinin tədarükü baxımından "sənaye tarixinin ən çətin ili" adlandırıb.

Analitiklərin fikrincə, yaddaş çatışmazlığı və qiymət artımı onilliyin sonuna qədər davam edə bilər.

Bazarın gərgin vəziyyəti artıq digər texnologiya məhsullarının qiymətlərinə də təsir edir. Belə ki, NVIDIA bu il üçüncü dəfə videokartlarının qiymətlərini artırmağa qərar verib. Yeni artımın 20-30 faiz olacağı bildirilir.

Bundan başqa, analitiklər hesab edirlər ki, 2026-cı ilin sonuna qədər yaddaş çatışmazlığı səbəbindən bəzi texnologiya şirkətləri bazarı tərk edə və ya məhsul çeşidini azaltmağa məcbur ola bilər. Məlumata görə, ASUS və Meizu artıq smartfon bazarından çıxdıqlarını rəsmən açıqlayıblar.(qaynarinfo)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR